“Tarixdə elə dövrlər olur ki, ölkə seçim qarşısında, partiyalar və ya fərdlər arasında deyil, ləyaqət və uyğunlaşma arasında, mövcudluq və yoxluq arasında, həqiqət və yalan arasında qalır”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayında bildirib.
“Bu gün biz məhz belə bir dövrdə yaşayırıq. Tarix göstərir ki, xalqlar böhranı o zaman dəf edir ki, artıq bu saxta reallıqda yaşamaq istəmədiklərinə qərar verirlər, bir məqamda deyirlər ki, bəsdir, artıq məsuliyyətsizliyi, uyğunlaşmanı, yalanı, biganəliyi qəbul etməyəcəyik, bəsdir parçalanma”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Sarkisyan
Ermənistan