Ordu.az xəbər verir ki, bu barədə Serj Sarkisyan partiya tədbirində danışıb.
O bildirib ki, “Respublikaçılar” Partiyasının fəaliyyəti bu qurultaydan başlayaraq iyunun 7-dək ümummilli seçkilərdə vətəndaşların iştirakını təşviq etməyə yönələcək.
“Biz elan edirik ki, “Respublikaçılar” Partiyasının fəaliyyəti bu qurultaydan başlayaraq iyunun 7-dək “Get ki, getsinlər” şüarı altında müxtəlif aksiyalar, təbliğat, informasiya kampaniyaları və sakinlərlə görüşlər vasitəsilə ümummilli seçkilərdə iştirakın təşviqinə yönələcək”, - deyə o bildirib.
Sarkisyan qeyd edib ki, onların məqsədi vətəndaşları seçki məntəqələrinə getməyə və Ermənistanın bugünkü alçaldılmasına son qoyacaq qüvvələri seçməyə inandırmaqdır.
“Biz bu xain, fəlakətli rejimə son qoyacaq qüvvələrin seçilməsi üçün bütün imkanlardan istifadə edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Respublikaçılar” Partiyası seçkilərdə iştirak etməyəcək.
Alpər Mövludoğlu
Ordu.az