Sarkisyanın partiyası seçkilər ərəfəsində qurultay keçirir

2025/10/Ekran-1761149175.jpg
Oxunub: 437     11:54     04 Aprel 2026    
Ermənistan Respublikaçılar Partiyası bu gün seçkilər ərəfəsində növbəti qurultayını keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, gözlənilir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın siyasi qüvvəsi seçkilərdə iştirak formatı ilə bağlı açıqlama verəcək.

Ermənistan KİV-ləri qeyd edir ki, daha əvvəl Respublikaçılar Partiyası seçkilərdə təkbaşına iştirak etməyəcəyini bildirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin