Nazirlik: Bu il 85 müharibə veteranı üçün kiçik bizneslər qurulub

2026/04/1775288261.jpg
Oxunub: 442     11:15     04 Aprel 2026    
Bu il daha 85 müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

Ordu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

"Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər", - nazirlikdən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazirlik   Veteran  


Bizi "telegram"da izləyin