Ermənistanda çəkiliş qruplarına Paşinyanın olduğu kompleksin ərazisinə yaxınlaşmağa icazə verilmir

2026/04/1775282950.jpg
Oxunub: 569     10:08     04 Aprel 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək “Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar 8-ci qurultayı ərəfəsində “News.am” nəşrinin çəkiliş qrupuna saat 12:00-dək kompleksin ərazisinə yaxınlaşmaq qadağan edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Nəşrin müxbirinin məlumatına görə, təhlükəsizlik əməkdaşları bildiriblər ki, əraziyə yalnız saat 12:00-da yaxınlaşmaq mümkündür, çünki müəyyən edilmiş rejim belədir.

Nəşr qeyd edib ki, bu, misli görünməmiş haldır, əvvəllər jurnalistlər kompleksin ərazisində sərbəst fəaliyyət göstərə bilirdilər.

Hazırda Nikol Paşinyan artıq kompleksdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin