“Hraparak”: Rusiyada yaşayan erməni biznesmenlərlə “izah işi” aparılır

2026/04/1775280095.jpg
Oxunub: 514     09:20     04 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri müəyyən mənada dönüş nöqtəsi olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Rusiya tərəfi hesab edir ki, Paşinyan artıq tam şəkildə Qərbə yönəlib və buna görə də Rusiyada yaşayan erməni biznesmenlərlə “izah işi” aparılır.

“Onlardan tələb olunur ki, Ermənistan hakimiyyətinin siyasətinə qarşı açıq mövqe sərgiləsinlər və passiv qalmasınlar.

Xüsusilə qeyd olunur ki, onlar Paşinyanın kilsəyə qarşı siyasəti ilə bağlı açıq mövqe bildirməlidirlər. Əks halda, Rusiyada ciddi çətinliklərlə üzləşə biləcəkləri vurğulanır”, - deyə müəllif bildirib.

Nəşr bildirib ki, yaxın aylarda Rusiyadakı erməni elitası yalnız bəyanatlarla kifayətlənməyəcək, daha çox konkret addımlar atmağa məcbur olacaq.

“Eyni zamanda, Ermənistan cəmiyyətinə də seçim üçün vaxt verilib: ya Paşinyanı saxlayaraq müəyyən maddi və digər itkilərlə razılaşmaq, ya da onu rədd etmək”, - deyə “Hraparak” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin