“Hraparak”: Paşinyanın partiyasının seçki qərargahlarına kimlər rəhbərlik edəcək?

2026/04/1775279939.jpg
Oxunub: 402     09:14     04 Aprel 2026    
Ermənistan hakimiyyəti seçki qərargahlarının formalaşdırılmasını yekunlaşdırmaq üzrədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, qərara alınıb ki, hər bir icmada bir qərargah fəaliyyət göstərsin, iri icmalarda isə iki qərargah yaradılacaq.

“Qərargah rəhbərləri kimi fəaliyyət göstərən icra başçıları təyin olunur. Onlar öz vəzifələri çərçivəsində yerli əhali ilə daha sıx əlaqədə olublar, təsir imkanlarına malikdirlər və seçiciləri hakim partiyaya səs verməyə yönləndirməyi bacarırlar.

Hətta icra başçısı hakim partiyanın üzvü olmasa belə, ona qərargaha rəhbərlik etmək təklif olunur və bununla onun gələcək vəzifədə qalması təmin edilir. Keçmiş respublikaçılar və digər siyasi qüvvələrin siyahısı ilə seçilmiş şəxslər də hakimiyyətə sadiqliklərini bu yolla göstərə bilərlər”, - deyə nəşr bildirib.

“Hraparak” qeyd edib ki, məsələn, Aparan icmasının rəhbəri Karen Yeğiazaryana belə təklif edildiyi və onun razılaşdığı bildirilir.

“O, əvvəlki seçkilərdə müxalif mövqedə olsa da, 2021-ci ildən etibarən hakimiyyətlə münasibətlərini yaxşılaşdırıb.

İcma qərargahlarının fəaliyyəti vilayət qərargahları tərəfindən koordinasiya olunacaq və onlara vilayət rəisləri rəhbərlik edəcək. Zəngəzur vilayətində isə istisna hallar olacaq: Gorus qərargahına deputat Armen Xaçatryan, Qafan qərargahına hökumətin Zəngəzur Mis-Molibden Kombinatı üzrə nümayəndəsi Narek Babayan, Qarakilsə qərargahına deputat Karen Hambardzumyan, Mehri qərargahına icra başçısı Xaçatur Andreasiyan, Kacaran qərargahına isə yerli şuranın hakim partiyadan olan üzvü Armen Arakelyan rəhbərlik edəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin