Erməni ekspert: “Özləri də etiraf edirlər ki, Ermənistan Aİ-yə daxil olmayacaq, heç kim onları ora dəvət etmir”

2026/04/1775279515.jpg
Oxunub: 424     09:11     04 Aprel 2026    
“Ermənistanda ibadət zamanı 18 yaşlı bir gəncin yumruqla vurulub yerə yıxılması əvvəllər təsəvvür belə edilə bilməzdi”.

Ordu.az xəbər verir ki, bunu Stanford Universitetinin siyasi elmlər üzrə doktoru, erməni ekspert Artur Xaçikyan deyib.

“Bu qrup artıq bütün “qırmızı xətləri” keçib. Dövlət rəhbəri “Facebook”da elə ifadələr yazır ki, mən onları hətta dostlarımla qeyri-rəsmi söhbətdə belə yazmaram. Artıq öyrəşdiriblər ki, katolikos və kilsəyə hücum etmək olar, onun çıxışını bloklamaq olar. İndi də buna alışdırırlar.

Bu şəxs cəmiyyəti təhrik edir və xalqın müqavimətini sındırmağa çalışır ki, nə qədər dözə biləcəklərini yoxlasın. Sabah evinizə girib sizi onu sevməyə məcbur edə bilər, imtina etsəniz isə həbs etdirə bilər.

Onun daxilində qisas hissi var, çünki özünü həm ölkə rəhbəri, həm də jurnalist kimi uğursuz hesab edir. O qisas alır, çünki görür ki, daha ləyaqətli insanlar var idi və onlar ləyaqətli sülh bağlaya bilərdilər. O, hamıya nifrət edir, çünki onun uğursuzluğunun şahidi olmuşuq”, - deyə Xaçikyan qeyd edib.

Xaçikyan bildirib ki, korrupsiyanın adını dəyişib “mükafat” qoyublar.

“Pensiyaçılara 10 min dram verirlər, özlərinə isə 10-12 milyon dram mükafat yazırlar.

Biz artıq başa düşmüşük ki, insan hüquqları çox vaxt Qərbin maraqlarına xidmət etmək üçün istifadə olunur. Təsəvvür edin ki, Rusiyada belə hadisə baş versəydi, qərbyönümlü hüquq müdafiəçiləri bunu uzun müddət gündəmdə saxlayardı.

Paşinyanla Putinin bədən dili və səs tonuna baxaraq qapalı qapılar arxasında hansı söhbətin getdiyini təsəvvür etmək mümkündür. Putin sakit, amma aydın şəkildə xəbərdarlıq edib ki, Ermənistan NATO və Aİ-yə yönəlsə, bunun nəticələri olacaq. Sonradan bu mesajı Aleksey Overçuk daha da konkretləşdirib, daha sonra Dmitri Medvedev də bunu davam etdirib”, - deyə o vurğulayıb.

Xaçikyan qeyd edib ki, hakimiyyət Rusiya ilə mümkün olmayan bir məsələ uğrunda qarşıdurmaya gedir.

“Özləri də etiraf edirlər ki, Ermənistan Aİ-yə daxil olmayacaq, heç kim onları ora dəvət etmir. Paşinyan hara getsə, cibinə Ermənistan torpağından bir az torpaq, metlax, xalça və ya laminat qoysun ki, bir az cəsarətlənsin”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçikyan   Ermənistan  


Bizi "telegram"da izləyin