Ermənistan KİV-i: Paşinyan atom elektrik stansiyası məsələsini bağlayır?

2026/04/1775277233.jpg
Oxunub: 482     08:32     04 Aprel 2026    
Ermənistanda atom elektrik stansiyası ətrafında son inkişaflar ciddi narahatlıq doğurur və belə ehtimallar yaradır ki, hakimiyyət yeni AES tikintisi ilə bağlı açıqlamalarla əslində bu mövzunu bağlamağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan atom elektrik stansiyası məsələsini bağlayır?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hökumətin iclasında Nikol Paşinyan bildirib ki, daim atom elektrik stansiyasının harada və nə vaxt tikiləcəyi müzakirə olunur.

“O qeyd edib ki, bu müzakirələr zamanı Ermənistanda sanki iki Metsamor AES yaradılıb. Almaniyaya səfərindən sonra “yaxşı xəbərlərlə” qayıtdığını deyən Paşinyan əlavə edib ki, artıq günəş texnologiyaları vasitəsilə həm aktiv, həm də reaktiv elektrik enerjisi istehsal olunur.

Onun sözlərinə görə, əsas diqqət günəş enerjisinin toplanmasına yönəldilməlidir ki, enerji tələbatı günəş enerjisi hesabına qarşılanabilsin”, - deyə müəllif yazıb.

Nəşrə görə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, ABŞ Ermənistanda atom elektrik stansiyaları üçün enerji bloklarının tikintisini yalnız 12-15 ildən sonra real şəkildə təklif edə bilər.

“O qeyd edib ki, amerikalılar kiçik güclü modul tipli enerji bloklarından danışırlar, lakin onlar hələ heç bir ölkədə belə layihə həyata keçirməyiblər.

Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyəti yeni AES tikintisində maraqlı deyil və günəş enerjisi ilə bağlı açıqlamalarla 2036-cı ildə mövcud atom elektrik stansiyasını bağlamağa zəmin hazırlayır. Halbuki AES uzun illər ərzində Ermənistanın həm enerji, həm də siyasi təhlükəsizliyində mühüm rol oynayıb”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin