Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hakimiyyət artıq “köpüklərdən yapışır” başlıqlı məqaləsində yazıb.
“Bizə daxil olan siqnallara görə, yerlərdə hakim partiyanın təmsilçiləri və “kuratorları” müxalif baxışlara malik, lakin hər hansı partiyaya üzv olmayan şəxslərlə görüşürlər. Hakimiyyətin təsəvvürünə görə, bu şəxslər seçkiqabağı dövrdə “Samvel Karapetyanla Güclü Ermənistan” blokunun və ya “Hayastan” blokunun xeyrinə işləyə, yəni qərargahlar aça, yerlərdə təşviqat apara bilərlər”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, xüsusilə yaşadıqları ərazilərdə kifayət qədər hörmət və nüfuza malik gənclər hədəfə alınır.
“Lakin maraqlısı odur ki, əldə etdiyimiz məlumata görə, bu “söhbətlər” hakimiyyət üçün arzuolunan nəticə vermir. Birincisi, müxalif baxışlı şəxslərin hamısı hakim partiyanın “söhbət aparanlarını” nəzakətli şəkildə rədd edir. İkincisi, həmin “söhbət aparanlar”ın özlərinin də bir çoxu başa salır ki, onlar bu görüşləri sadəcə “quş qoymaq”, yəni formal hesabat üçün keçiriblər.
Həmin şəxslər eyni zamanda eyham vururlar ki, təxminən 7 iyundan sonra, hakimiyyət dəyişikliyi baş verərsə, bunu xatırlamaq pis olmaz. Yəni onların yanaşması belədir: “siz də anlayın, tapşırıblar, edirik, məcburuq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az