Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan bildirib.
Onun sözlərinə görə, əvvəllər hərbçilərlə və komandirlərlə fəxr edildiyi halda, indi Qarabağ mövzusunda danışmaq və bununla Azərbaycana “təzyiq göstərmək” qadağan olunub.
Abrahamyan qeyd edib ki, əvvəllər Ağdam və Xankəndidə şəkil çəkdirib bununla fəxr edən şəxslər indi həmin mövqelərindən imtina edir və bu əraziləri Azərbaycanın bir hissəsi kimi təqdim edirlər.
Erməni deputatın fikrincə, hazırda məqsəd 2020-ci ildən sonra baş verən müharibələri, məğlubiyyətləri və güzəştləri “tarixi uğur” kimi təqdim etmək, keçmiş “nailiyyətləri” isə kölgədə qoymaqdır.
O əlavə edib ki, bəzi şəxslər bəlkə də gizli şəkildə döyüş yoldaşlarını ziyarət edir, lakin ümumilikdə bu vəziyyət cəmiyyət üçün qəbuledilməzdir.
Alpər Mövludoğlu
Ordu.az