“Past”: Nikol Paşinyan əslində kimlərlə görüşüb?

2026/04/1775201150.jpg
Oxunub: 568     08:15     04 Aprel 2026    
Təxminən iki həftə əvvəl Nikol Paşinyan “İnklüziv inkişaf: nailiyyətlər və görüləcək işlər” adlı konfrans təşkil edib və bu tədbirin Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin problemlərinə həsr olunduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin əslində bu konfrans vasitəsilə guya tədbirdə Qarabağdan köç etmiş şəxslərin də iştirak etdiyi və hökumətin onların taleyinə ciddi yanaşdığı görüntüsü yaradılmağa çalışılıb.

Erməni separatçı Metakse Hakobyanın sözlərinə görə, bu görüşün Qarabağdan köç etmiş şəxslərlə ilə heç bir əlaqəsi olmayıb.

“Bunu rəsmi şəkildə bildirirəm. Köç etmiş şəxslər tədbirdə iştirak edən şəxsləri yaxşı tanıyır. Orada əsasən əvvəllər Ermənistanın müxtəlif bölgələrindən Laçın rayonuna köçmüş şəxslər iştirak edirdi”, - deyə o bildirib.

Onun sözlərinə görə, aparılan sorğulara əsasən Qarabağdan köç etmiş şəxslərin 99 faizi mövcud hakimiyyətə qarşıdır.

Hakobyan qeyd edib ki, hakimiyyət onların Qarabağdan köç etmiş şəxslərlə keçirdiyi görüşlərdən narahatdır və bu görüşlərə maneələr yaradır.

“Bəzi hallarda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları prosesə cəlb olunur və insanlar belə görüşlərdə iştirak etməkdən çəkinirlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin