Erməni ekspert: “Ermənistanda Rusiyanın mövcudluğunun azalmasından əsas qazanan Türkiyə olacaq”

2026/04/1775275699.jpg
Oxunub: 499     08:30     04 Aprel 2026    
“Rusiya-Ermənistan münasibətlərinin əvvəlki modeli artıq özünü tükəndirib”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Beniamin Matevosyan bildirib.

Onun sözlərinə görə, bunu iki ölkə rəhbərlərinin hətta açıq görüş zamanı belə heç bir məsələ üzrə razılığa gələ bilməməsi göstərir.

Erməni ekspert hesab edir ki, səfərlə bağlı informasiya fonu bu addımın Ermənistanın xarici siyasət kursunun dəyişdirilməsini legitimləşdirmək məqsədi daşıdığını göstərir.

Matevosyan qeyd edib ki, səfərdən əvvəl və sonra Rusiya tərəfinin verdiyi bəyanatlar, xüsusilə Aleksey Overçukun sərt açıqlamaları tərəflər arasında problemlərin yığıldığını göstərir.

O qeyd edib ki, əgər ABŞ İranda hakimiyyət dəyişikliyi həyata keçirərsə, “Tramp yolu”na (Zəngəzur dəhlizi-red.) ehtiyac qalmaya bilər.

Erməni ekspertin sözlərinə görə, mövcud vəziyyət iyunun 8-dək davam edəcək və bundan sonra dəyişəcək. “Əgər hakim partiya iqtidarda qalarsa, münasibətlərin mövcud sistemi tamamilə dağılacaq. Bu prosesi diversifikasiya adlandırmaq çətindir, çünki regionda Avropa faktoru zəifdir. Gürcüstanla münasibətlər də durğun vəziyyətdədir. Böyük ehtimalla bu açıqlamalar seçkilər öncəsi ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Rusiya kapitalı və hərbi mövcudluğu azalacaq və bundan əsas qazanan Türkiyə olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Matevosyan   Ermənistan  


Bizi "telegram"da izləyin