Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazıb.
Mərkəz qeyd edib ki, ən ehtimal olunan vasitələrə ticarətə daha sərt nəzarət, sanitar və fitosanitar tədbirlər kimi tənzimləyici maneələr, həmçinin Ermənistanın enerji asılılığından istifadə daxildir. Bu isə Rusiya bazarı ilə bağlı olan erməni ixracatçı və bizneslərə daha çox təsir göstərə bilər.
“Əgər Baş nazir Nikol Paşinyan yeni mandat əldə edər və Rusiyanın iqtisadi və strateji mövcudluğunu azaltmağa davam edərsə, Moskva bu alətlərdən istifadə edərək Ermənistan üzərində əlavə təzyiq göstərə bilər”, - deyə mərkəz bildirib.
Alpər Mövludoğlu
Ordu.az