Səfir: “Rusiya Ermənistanla münasibətlərin dərinləşdirilməsində səmimi maraqlıdır”

2019/03/34534-1552300464.jpg
Oxunub: 404     08:03     04 Aprel 2026    
“Rusiya Ermənistanla münasibətlərin qorunması, inkişafı və dərinləşdirilməsində səmimi maraqlıdır, Ermənistanı qardaş ölkə, erməni xalqını isə qardaş xalq kimi görür”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24news” portalına müsahibəsində bildirib.

“Buna görə də mövcud problemlər barədə səmimi, lakin konstruktiv şəkildə danışmağı zəruri hesab edirik”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə qarşılıqlı etimada əsaslanan dialoq baş tutub.

“Əgər bu səviyyədə müzakirə olunmayacaqsa, həssas və problemli məsələlər harada müzakirə olunmalıdır?”, - deyə Kopırkin qeyd edib.

Səfir bildirib ki, bu il Rusiyada Ermənistan mədəniyyəti günlərinin, Ermənistanda isə Rusiyanın mənəvi mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin