Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi keçirilib - FOTOLAR

2026/04/1775240816.jpg
Oxunub: 543     21:50     03 Aprel 2026    
Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə "Sarsılmaz Qardaşlıq - 2026" təlimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat paylaşılıb.

"Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində "Sarsılmaz Qardaşlıq - 2026" təlimi uğurla həyata keçirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin