Ermənistan-ABŞ işçi qrupunun üçüncü iclası keçirilib

2026/04/1775233365.jpg
Oxunub: 405     20:21     03 Aprel 2026    
Aprelin 1-də 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitində əldə olunmuş razılaşmaların icrası üzrə Ermənistan-ABŞ işçi qrupunun üçüncü iclası baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin müavini Sonata Koulter ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə olunmuş irəliləyişi vurğulayıblar.

Qeyd edilib ki, işçi qrupun üzvləri Ermənistan-ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar, o cümlədən iqtisadi əməkdaşlıq, energetika, kritik və yeni texnologiyalar üzrə fikir mübadiləsi aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin