Ermənistanda sakinlər hökumət binası qarşısında etiraz aksiyası keçiriblər

2026/04/Ekran-1775232541.jpg
Oxunub: 415     20:08     03 Aprel 2026    
Sürücülük vəsiqəsindən məhrum edilən bir qrup erməni sakin aprelin 3-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar amnistiya elan edilməsini və sürücülük vəsiqələrinin geri qaytarılmasını tələb ediblər.

“Bir il əvvəl sürət həddini aşdığıma görə sürücülük vəsiqəmi əlimdən aldılar. Qoy amnistiya elan etsinlər. Əgər yenidən qaydanı pozsam, yenə də məni sürücülük vəsiqəsindən məhrum etsinlər, amma bu dəfə ömürlük”, - deyə etirazçılardan biri bildirib.

Etirazçılar hakimiyyətdən onların vəziyyətini nəzərə almağı və hər kəsin səhv edə biləcəyini başa düşməyi xahiş ediblər.

“İnsanlar ailələrini dolandırmaq imkanını itiriblər. Bəziləri taksi sürücüsüdür, digərləri yük maşını sürücüsü. Belə şəraitdə necə işləmək olar?”, - deyə etirazçılardan biri izah edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin