Xarici KİV: Bu, yeni böhran zamanı Bakının qonşusu üzərində güclü təsir rıçaqları əldə etməsi deməkdir

2025/09/1758085450.jpg
Oxunub: 492     19:50     09 Aprel 2026    
“Dünənin rəqibləri olan Ermənistan və Azərbaycan ticarət yolları açır, yanacaq mübadiləsi aparır və malların birbaşa tədarükünə hazırlaşır. İran müharibəsi fonunda bu, region və xüsusilə Rusiya üçün yeni risklər yarada biləcək siyasi dönüş kimi qiymətləndirilir”.

Ordu.az xəbər verir ki, bu barədə “Akcent.site” nəşri yazıb.

Nəşr qeyd edib ki, Bakı artıq İrəvana benzin tədarük edir və Rusiyadan, eləcə də Qazaxıstandan taxıl daşınması üçün tranzit dəhliz rolunu oynayır.

“Bunun müqabilində Ermənistan ixrac üçün nəzərdə tutulan malların siyahısını formalaşdırır. Eyni zamanda hər iki ölkə tədricən Rusiyadan uzaqlaşır: Ermənistan KTMT-də iştirakını dondurub, Azərbaycan isə Rusiya ilə münasibətlərdə soyuma nümayiş etdirib. Hər iki ölkənin siyasi elitaları həmçinin Zəngəzur dəhlizi layihəsini dəstəkləyir. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Rusiya ilə İranın təsirini azaldacaq.

Lakin bu münasibətlərin “yenidən başlanması” hələ də kövrəkdir. Sərhədlər hələ müəyyən edilməyib, Bakı İrəvandan konstitusiya dəyişiklikləri tələb edir”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, bu prosesdə əsas risk isə enerji asılılığıdır: Ermənistan artıq yanacağı Azərbaycandan alır və gələcəkdə qaz tədarükünə də keçə bilər.

“Bu isə yeni böhran zamanı Bakının qonşusu üzərində güclü təsir rıçaqları əldə etməsi deməkdir”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin