Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “MediaHub” nəşri yazıb.
Nəşrə görə, Paşinyan 609 min dram dəyərində Böyük Tiqranın təsviri olan gümüş tetradraxma alıb. Sikkənin ön tərəfində taclı hökmdarın büstü, arxa tərəfində isə qayada oturmuş Tixe ilahəsi təsvir olunub.
“Bu hədiyyə “Armenian Helicopters” MMC tərəfindən təqdim edilib.
Bundan əlavə, Paşinyan 90 min dram dəyərində qol saatı da hədiyyə alıb.
Xatırladaq ki, Paşinyan “Zayed İnsan Qardaşlığı” 2026 mükafatlandırma mərasimi çərçivəsində aldığı 500 min dolları (188 750 000 dram) da bəyan etmişdi.
Qeyd edək ki, “Dövlət xidməti haqqında” qanuna əsasən, vəzifəli şəxslərə verilən və dəyəri 60 min dramı aşan hədiyyələr dövlətə və ya icmaya təhvil verilməlidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az