Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.
Onun sözlərinə görə, “Freedom House” təşkilatının “Freedom in the World 2026” illik hesabatı dərc olunub və ona görə Ermənistan “qismən azad” ölkə olaraq qalır.
“Üstəlik, Ermənistanın ümumi göstəricisində heç bir irəliləyiş qeydə alınmayıb.
Hesabatın geniş təsviri hissəsi hələ əlçatan deyil, lakin artıq şübhə yoxdur ki, o, tam olmasa da, ölkədə mövcud olan demokratiya böhranını qeyd edəcək.
Buna görə də, məşhur mahnının motivləri ilə Nikola demək qalır: Öz payını ye, yeni diktator”, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az