Ordu.az xəbər verir ki, Ermənistanın “HayaKve” birliyinin koordinatoru, erməni siyasi xadim Avetik Çalabyan deyib.
Onun sözlərinə görə, dərmanların, ərzaq məhsullarının və əmlak vergisinin qiymətlərində ciddi bahalaşma baş verib ki, bu da birbaşa pensiyaçıları vurur.
“Paşinyan bizim pensiyaçılara təklif edir ki, onun yerinə gedib Yenokavanda yaşasınlar, o isə hökumət yay iqamətgahında yaşasın. Paşinyan bunu ona görə edirdi ki, nə olursa-olsun pensiyaçıların onun lehinə səs verəcəyinə əmin idi. Amma biz bu stereotipi qırdıq.
Biz xatırlayırıq ki, pensiyaların artırılmasının mümkün olduğunu deyəndə, Nikol Paşinyan və Arsen Torosyan ağızlarından köpük saça-saça bizə qarşı çıxırdılar. Arsen Torosyan bizi açıq şəkildə populist adlandırdı və dedi ki, pensiyaları artırmaq mümkün deyil. Siz ədalət şüarları ilə hakimiyyətə gəldiniz, amma yarım milyon insanı yoxsulluğa məhkum etdiniz. Məntiqi deyilmi ki, əgər, sizin dediyiniz kimi, “Vətəndaş Müqaviləsi” partiyasının dövründə dövlət büdcəsi iki dəfə artıbsa, o zaman pensiyalar da iki dəfə artmalı idi? Bəs niyə artırmadınız?” - deyə Çalabyan bildirib.
O xatırladıb ki, “HayaKve” təşkilatı Ermənistanın bütün ərazisində imzatoplama kampaniyası keçirir və artıq on minlərlə insan buna imza atıb. Onun sözlərinə görə, dövlət layiqli qocalığı təmin etməyə zəmanət verməlidir.
“Əgər Azərbaycanda və Gürcüstanda göstəricilərə görə əhalinin həyat səviyyəsi eynidirsə, bəs niyə Ermənistanda pensiya həmin ölkələrdən iki dəfə aşağıdır? Biz qapı-qapı gəzib imza toplayırıq, insanlar imza atır və bu tələbə qoşulurlar. İnsanlar anlayırlar ki, ciddi problemlə üzləşəcəklər, torpaq ayaqlarının altından qaçır və hakimiyyət seçici bazasını itirir. Buna görə də bu addımı atdılar və pensiyaların artırılması barədə elan etdilər. Paşinyan öz məğlubiyyətini etiraf etdi, lakin biz onların tam şəkildə hakimiyyətdən uzaqlaşdırılmasına qədər mübarizəni davam etdirməliyik”, - deyə Çalabyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az