Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan sosial şəbəkə hesabında yazıb.
“Ordunun daxilində niyə sülh yoxdur, niyə əsgərlərimiz bir-birini öldürür, bu barədə danışılmır. Bu ölüm halları orduda hansı mühitin hökm sürdüyünü, əsgər həyatına nəzarət və məsuliyyətin hansı səviyyədə olduğunu göstərir. Ailələrə heç bir izah verilmir ki, onların oğulları niyə həyatını itirir.
Papikyanın işi sadəcə ilin sonunda mətbuat konfransı keçirmək və deməkdir: “İntizamın yüksəldilməsi istiqamətində bu illər ərzində əhəmiyyətli işlər görülüb və mən 2025-ci ili xüsusi vurğulamalıyam, çünki 2025-ci ildə nəzərəçarpan nəticələrimiz var”.
Papikyanın fikrincə, həmin “nəzərəçarpan nəticələr” 2025-ci ildə qeydə alınmış 34 ölüm hadisəsidir. İndi isə 2026-cı ildir və hərbi qulluqçuların ölüm hallarını sıfırdan saymağa başlayırıq”, - deyə Aleksanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az