Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, Maşalyan bildirib ki, Ali Ruhani Şura nüfuzdan düşüb.
“O, tərkibinə bəzi müxalif qardaşları da cəlb etməklə sinodal qurumun yaradılmasını təklif edib.
Arxiyepiskop Sahak ümid etdiyini bildirib ki, sinodal model hökumətlə həll yolları tapmaq üçün zəmin yarada bilər. Arxiyepiskop Sahak bunu eyni zamanda keçid həlli kimi dəyərləndirib. Maşalyan Arman Saroyanın vəzifədən kənarlaşdırılması qərarını da tənqid edərək onu Gevorq Srbazan adlandırıb. O, Yepiskoplar Məclisinin keçirilməsi üçün konkret tarix müəyyənləşdirməyi, bu vaxta qədər isə Üçmüədzin kilsəsinin idarə olunmasında katolikosa dəstək vermək üçün 12 yepiskop seçməyi təklif edib. Bu, vaxtilə Nikol Paşinyanın kilsə əleyhinə kampaniyasını sərt şəkildə tənqid edən, hətta onun yeparxiyasında fəaliyyət göstərən kilsələrin keşişlərinin Paşinyanın İstanbul erməni kilsəsinə səfəri zamanı onu qarşılamağı belə lazım bilmədiyi həmin Maşalyandır”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, Paşinyanın katolikos və kilsəyə qarşı kampaniyasına başlamasından hələ əvvəl, Paşinyanın “ürəyincə olan katolikos namizədi”nin məhz arxiyepiskop Sahak Maşalyan olduğu barədə söz-söhbətlər yayılmışdı və o, bu iddiaları təkzib edirdi.
Alpər Mövludoğlu
Ordu.az