Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, Ermənistanın ÜDM artımı 2017-2025-ci illərdə (8 il ərzində) vəd edilən 7 faiz əvəzinə 52,7 faiz və ya orta illik 5,4 faiz təşkil edib, 2,5 dəfə artım yoxdur.
“Qeyd edək ki, 2010-2017-ci illərdə (yenə 8 il) ÜDM artımı 37 faiz, 2001-2008-ci illərdə isə (yenə 8 il) 126,6 faiz olub. İndi dollar ifadəsində artıma gələk. 2025-ci ildə 2017-ci illə müqayisədə dollar 68 faiz ucuzlaşıb (o cümlədən dolların dram qarşısında 25 faiz dəyər itirməsi). Əgər nazir bu qədər biliyə sahib olsaydı və 29,5 milyarddan 68 faizi çıxarsaydı, onda yuxarıda qeyd etdiyim eyni, 50,7 faizlik ÜDM artımını alardı. Öncədən deyək ki, oyunlar və əyləncələr hesabına əldə edilən qabaqlayıcı “inkişaf” şəraitində bu artımların hamısını bu hakimiyyətin rəsmi statistikasından götürmüşük”, - deyə Baqratyan qeyd edib.
Baqratyan bildirib ki, adambaşına düşən ÜDM 2017-ci ildə həqiqətən də 3 869 dollar olub (Dünya Bankının məlumatlarıdır).
“2025-ci ildə müqayisəli qiymətlərlə bu göstərici 5 620 dollar təşkil edib və 8 il ərzində cəmi 1,45 dəfə artıb. Nəzərə almaq lazımdır ki, bu müddətdə cənab Papoyanın hökumətinin “fədakar” fəaliyyəti nəticəsində Qarabağ itirilib. 9 474 dollar göstəricisi cari rəqəmdir və dolların dəyər itirməsini də özündə ehtiva edir. Qısaca desək, nazirin müqayisəsi savadsızdır və ucuz manipulyasiyadır. Qeyd edək ki, əsasən oyunlar və əyləncələr hesabına əldə edilən iqtisadi artımın əhalinin həyat səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Doğrudan da, mənim düzəltdiyim rəqəmləri artım kimi qəbul etsək belə, yenə də əhalinin həyat səviyyəsində cüzi artım var (pensiyaçılar və kəndlilər daha pis yaşayır, büdcə sektorunda cüzi yaxşılaşma, iqtisadiyyatın özəl sektorunda isə nəzərəçarpan yaxşılaşma mövcuddur). Burada da qeyd etməliyik ki, bu yaxşılaşma əsasən “Vətəndaş Müqaviləsi” partiyasının elitasına aiddir”, - deyə o vurğulayıb.
Ermənistanın sabiq Baş naziri deyib ki, əvvəla, 2017-ci ildə ixracın həcmi 2,24 milyard dollar olub və 4,5 milyard 2,24-dən təxminən 2 dəfə çoxdur.
“Təəssüf ki, Ermənistan Statistika Komitəsi müqayisəli qiymətlərlə ixrac həcmlərinin uçotunu aparmır ki, ixracın real artımı barədə nəticə çıxaraq. Nazirin 4,5 milyardı necə hesabladığına cavab verə bilmərəm.
Məhsuldarlıq da birinci suala cavabda qeyd etdiyimiz eyni məntiq üzrə artıb. Bunun 68 faizi dolların dəyər itirməsinin nəticəsidir. Reallıqda isə 8 il ərzində məhsuldarlıq cəmi 32 faiz artıb və 2017-ci ilin qiymətləri ilə 7,92 dollar təşkil edib (dolların dəyər itirməsini çıxmışıq və məşğul əhalinin təxminən 150 min nəfər artmasını nəzərə almışıq). Həmçinin qeyd edək ki, bütün hallarda Gürcüstanla, Türkiyə ilə müqayisədə göstəricilərdə mülayim artım qeydə alınıb, bəzi göstəricilər üzrə isə Azərbaycanla müqayisədə xeyli az artım olub. 2000-ci illərdəki həmin Ermənistanla müqayisədə isə daha da azdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az