ABŞ Avropada hərbi kontingentini azaltmağı planlaşdırmır

2025/02/1739856834.jpg
Oxunub: 420     12:38     12 May 2025    
ABŞ hələlik Avropada hərbi kontingentini azaltmaq və qüvvələrin bir hissəsini Asiyada yerləşdirmək niyyətində deyil.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.

"Hələlik Birləşmiş Ştatların alyansın müdafiə planlarında iştirak edən qoşunlarını çıxaracağına və onları Hind-Sakit okeanı regionunda yerləşdirəcəyinə dair heç bir əlamət yoxdur", - admiral Pentaqon rəsmiləri ilə görüşmək üçün ABŞ-yə səfəri zamanı deyib.

O vurğulayıb ki, alyans ABŞ-nin hərbi mövqeyinin dəyişməsi mümkünlüyünə hazır olmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin