“ULAK Haberleşme” FEINDEF 2025 üçün İspaniyadadır

2025/05/1747038366.jpg
Oxunub: 108     19:25     11 May 2025    
Türkiyənin rabitə texnologiyaları sahəsində lider şirkətlərindən biri olan “ULAK Haberleşme” 2025-ci il mayın 12-14-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək FEINDEF 2025 Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edir.

Ordu.az xəbər verir ki, Madriddəki IFEMA Sərgi Sahəsində başlayacaq tədbirdə “ULAK Haberleşme” 6C11 nömrəli stendində yerli və milli kommunikasiya həllərini beynəlxalq ziyarətçilərə təqdim edəcək.

Şirkət xüsusilə müdafiə sənayesi, ictimai təhlükəsizlik və kritik infrastrukturlar üçün inkişaf etdirdiyi təhlükəsiz və fasiləsiz kommunikasiya sistemləri ilə Türkiyənin texnoloji biliklərini sərgi iştirakçılarına çatdıracaq.

Avropanın aparıcı müdafiə sərgilərindən biri olan FEINDEF 2025 bir çox ölkədən rəsmi nümayəndə heyətlərini, sənaye nümayəndələrini və texnologiya şirkətlərini bir araya gətirir.

“ULAK Haberleşme” sərgi zamanı beynəlxalq əməkdaşlıqlar və yeni layihə imkanları ilə bağlı görüşlər keçirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ULAK-Haberleşme   FEINDEF-2025  


Bizi "telegram"da izləyin