Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir

2025/05/1747034855.jpg
Oxunub: 460     11:17     12 May 2025    
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı buraxması qərarını şərh edib.

Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, bunu “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb.

"Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.

Ö.Çelik əlavə edib ki, verilən qərar praktikada da həyata keçirilməlidir: "Bu proses dövlət qurumlarımız tərəfindən ciddi şəkildə izləniləcək, nəticələr Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq".

Qeyd edək ki, PKK terror təşkilatı bu gün rəsmi şəkildə özünü buraxdığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin