Qaqauziya rəhbərinin həbs müddəti uzadıla bilər

2025/03/1742963141.jpg
Oxunub: 590     09:52     12 May 2025    
Moldova Baş Prokurorluğu Qaqauziyanın başqanı Yevgeniya Qutsulun həbs müddətinin 30 gün müddətinə uzadılması tələbi ilə məhkəməyə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin təcridxanada saxlanılma müddəti mayın 14-də başa çatır.

Qeyd edək ki, siyasətçi martın 25-də Kişineu havalimanında saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaqauziya   Qutsul  


Bizi "telegram"da izləyin