İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir

2024/07/be7ed-1720615361.jpg
Oxunub: 577     21:42     11 May 2025    
İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu daha ciddi atmosferdə keçib. İran məsləhətləşmələri müsbət qiymətləndirir.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Maskatda keçirilən məsləhətləşmələrin yekunu ilə bağlı İranın dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib.

“Dördüncü danışıqlar raundu əvvəlki üç raundla müqayisədə daha ciddi və səmimi keçib”, - deyə o bildirib.

Əraqçi qeyd edib ki, tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və bu raundu irəliləyiş kimi qiymətləndirmək olar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin