Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb

2025/05/1746983808.jpg
Oxunub: 599     23:29     11 May 2025    
Çin Yerin elektromaqnit sahəsini izləmək üçün “Yaogan-40-02” peykləri qrupunu uğurla orbitə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Qeyd olunub ki, buraxılış Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 21:27-də (Bakı vaxtı ilə 17:27) “CZ-6A” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, Çançjen seriyası raketlərinin 574-cü buraxılışıdır.

Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Qeyd edək ki, 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Peyk  


Bizi "telegram"da izləyin