İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu

2025/05/1746434028.jpg
Oxunub: 547     18:20     11 May 2025    
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai X sosial şəbəkəsində yazıb.

“Omanda ABŞ və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu”, – deyə o yazıb.

Baqai dəqiqləşdirib ki, növbəti məsləhətləşmə raundunu Oman tərəfi əlaqələndirəcək və onun keçirilməsi barədə elan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin