ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək

2025/03/1741975844.jpg
Oxunub: 677     17:28     11 May 2025    
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək.

Ordu.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, o, mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Məlumata görə, onun NATO ölkələrinin xarici işlər nazirləri ilə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin