Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb

2025/02/1740287330.jpg
Oxunub: 638     16:57     11 May 2025    
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb.

Ordu.az-ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində deyib.

"Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin