Ordu.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqai X-da paylaşımında bildirib.
İsmayıl Bəqai qeyd edib ki, danışıqların növbəti Oman tərəfindən koordinasiya və elan ediləcək.
***
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başa başa çatıb.
Ordu.az-ın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Maskatda keçirilən görüş 3 saatdan çox davam edib.
***
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başlayıb.
Ordu.az-ın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Maskatda ABŞ və İran arasında dolayı danışıqlar Oman xarici işlər naziri Badr bin Hamad əl-Busaidinin vasitəçiliyi ilə baş tutur.
Nümayəndə heyətlərinə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və İran xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.
***
Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.
Ordu.az-ın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.
Ordu.az