İran Qəzzanın bərpası üçün regional platforma yaradılmasını təklif edir

2022/07/zxczx-1658065916.jpg
Oxunub: 581     03:47     11 May 2025    
İran Fələstinin Qəzza zolağının yenidən qurulması məqsədilə region ölkələrinin iştirakı ilə birgə platforma yaradılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu təşəbbüs İranın Ali Rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi tərəfindən Ərəb-İran dialoqunun 4-cü konfransının açılışında irəli sürülüb.

“Biz məcburi köçkünlərə və Qəzza zolağının yenidən qurulmasına dəstək üçün ümumi platforma yaratmalıyıq”, – deyə o bildirib.

Xərrazi əlavə edib ki, İran region ölkələri ilə anlaşılmazlıqları azaltmaq üçün dialoqa açıqdır və bu çərçivədə ortaq tədqiqat mərkəzinin yaradılmasını da təklif edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qəzza  


Bizi "telegram"da izləyin