Ursula fon der Leyen Fridrix Mertzlə “Şimal axını-2” layihəsinin bloklanması imkanını müzakirə edib

2023/10/1697779260.jpg
Oxunub: 3230     02:19     11 May 2025    
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Almaniyanın kansleri Fridrix Mertzlə Rusiyaya təzyiq tədbiri kimi “Şimal axını -2” qaz kəmərinin bloklanması imkanını müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin qeyd edir ki, “Şimal axını-2” ilə bağlı sanksiyalar son günlərdə irəli sürülən yeni antirusiya sanksiya paketindən ayrı şəkildə tətbiq oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyen   Mertz  


Bizi "telegram"da izləyin