NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

2024/07/1720786676.jpg
Oxunub: 658     19:04     10 May 2025    
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.

Qeyd olunub ki, NATO-nun 32 müttəfiqinin təmsil olunduğu iclas alyansın dövlət və hökumət başçılarının iyunun 24-25-də Haaqada keçirəcəkləri Zirvə görüşünə hazırlıq olacaq.

İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO Baş katibi və digər yüksək səviyyəli alyans rəsmilərinin mayın 14-də Hakan Fidanın ev sahibliyi etdiyi tədbirdə bir araya gəlməsi gözlənilir.

Alyansın mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında qurumun gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarlar müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   XİN  


Bizi "telegram"da izləyin