Kreml Rusiyaya qarşı Aİ bəyanatlarını qarşıdurma xarakterli hesab edir

2025/02/1739529720.jpg
Oxunub: 588     18:11     10 May 2025    
Moskva Avropanın Rusiya ilə münasibətləri canlandırmaq istəyini müşahidə etmir.

Ordu.az "İnterfaks"a xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Avropadan çox ziddiyyətli bəyanatlar eşidirik. Onlar ümumiyyətlə münasibətlərimizi canlandırmaq cəhdlərinə yönəlmiş xarakterdən daha çox qarşıdurma xarakteri daşıyır", - D.Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya əməkdaşlığa maraq göstərən ölkələrlə bütün istiqamətlərdə münasibətləri inkişaf etdirəcək.

Bununla yanaşı, Peskov hesab edir ki, Rusiya kimi böyük bir ölkəni təcrid etmək çox çətindir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya    


Bizi "telegram"da izləyin