Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər

2025/05/1746776584.jpg
Oxunub: 575     18:08     10 May 2025    
Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə Böyük Britaniya və Polşa baş nazirləri, Almaniya Kansleri, Fransa və Ukrayna prezidentləri birgə açıqlamalarında qeyd ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qərar bu gün, yəni mayın 10-da Avropadan olan koalisiya üzvləri tərəfindən qəbul edilib. O qeyd edib ki, növbəti addımlar Rusiyanın bu çağırışa reaksiyasından asılı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Avropa  


Bizi "telegram"da izləyin