Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, sınaqlar Şimali Koreyanın nüvə komandanlığı strukturuna tabe olan raket bölmələrinin əməliyyat effektivliyinin artırılmasına yönəlmiş təlimlərin bir hissəsi olub.
Agentlik bildirib ki, buraxılış nüvə təhlükəsinə cavab olaraq rejim qüvvələrinin “sürətli qarşı çıxma mövqeyi”ni nümayiş etdirib.
Sınaqlarda Rusiyanın “İsgəndər” raketlərinə bənzər mobil ballistik raket sistemi və 600 millimetrlik yaylım atəşli reaktiv sistemlərdən istifadə edilib.
Sevinc Əliyeva
Ordu.az