Sinqapur “Thyssenkrupp”dan daha iki sualtı qayıq sifariş edib

2025/05/1746862056.jpg
Oxunub: 631     16:27     10 May 2025    
“Thyssenkrupp Marine Systems” Sinqapurla iki əlavə “Invincible” sinfinə (həmçinin “Type 218SG” kimi tanınır) məxsus sualtı qayıq sifariş etmək üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə Sinqapurda keçirilən “IMDEX Asia 2025” sərgisində imzalanıb.

Beləliklə, 2013 və 2017-ci illərdə müqavilələri imzalanan 4 sualtı qayığa daha 2 sualtı qayıq əlavə edilib.

İmzalanma mərasimində Sinqapurun müdafiə naziri Nq Enq Hen və Almaniyanın müdafiə naziri Boris Pistorius iştirak ediblər.

“Thyssenkrupp”un baş direktoru Oliver Burkhard bu inkişafla bağlı verdiyi açıqlamada qeyd edib: “Bu sifariş Sinqapur və Almaniya arasında onilliklər boyu davam edən tərəfdaşlığın sübutudur. Sinqapurun milli təhlükəsizliyinə töhfə verməkdən qürur duyuruq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   Thyssenkrupp  


Bizi "telegram"da izləyin