Ordu.az xəbər verir ki, 18 ayda dəniz yolu ilə təxminən 6 milyon sursat daşındığı bildirilib.
2023-cü ilin sentyabrından 2025-ci ilin aprelinə qədər olan 18 aylıq dövrdə Şimali Koreyadan Rusiyaya dəniz yolu ilə 152 və 122 mm-lik artilleriya mərmiləri, 122 mm-lik raketlər də daxil olmaqla, təxminən 6 milyon ədəd artilleriya sursatı göndərilib.
Açıq mənbə kəşfiyyatının (OSINT) məlumatlarına görə, bu sursat daşınması cəmi 64 dəniz səfəri ilə həyata keçirilib. Bu daşımalar Rusiya ordusuna cəbhə xəttindəki əməliyyatlarda atəş sıxlığını artırmağa imkan verib.
Britaniyanın analitik mərkəzi RUSI-nin OCS tədqiqat qrupunun məlumatlarına əsaslanan hesabatında Şimali Koreya raketlərinin Rusiya ordusuna verdiyi dəstək vurğulanıb. Hesabatda qeyd olunub ki, sursat təchizatı cəbhə xəttindəki vəziyyətə birbaşa təsir edir.
Bu sursat daşımalarının təsiri o səviyyəyə çatıb ki, onlar Rusiya ordusunun ümumi sursat ehtiyatının 29%-40%-ni təşkiledib. Məlumatlara görə, bu müddət ərzində artilleriya sursatının orta gündəlik istifadəsi 7400 ədəd artıb.
Sevinc Əliyeva
Ordu.az