Ruttedən mesaj: “Bütün Avro-Atlantik regionda müdafiə sənayesi bazası yaratmalıyıq”

2025/05/1746861809.jpg
Oxunub: 432     11:56     10 May 2025    
NATO-nun baş katibi Mark Rutte müdafiə xərcləri ilə yanaşı istehsalın artırılmasının vacibliyini vurğulayaraq, bütün Avro-Atlantik regionda müdafiə sənayesi bazasının yaradılmasının vacibliyini bildirib.

Ordu.az xəbər verir ki, Rutte Almaniya kansleri Freidrix Mertsin NATO-ya ilk səfərindən sonra mətbuata açıqlama verib.

Mertsi yeni vəzifəsi münasibətilə təbrik edən Rutte deyib: “Sizin vəzifəyə başlamağınızdan bir neçə gün sonra sizi NATO-nun qərargahında salamlamaq mənim üçün şərəf və xoşbəxtlikdir”.

Rutte Almaniyanın Avropanın aparıcı dövləti olduğunu və NATO-nun kollektiv təhlükəsizliyinə mühüm töhfələr verdiyini, Ukraynaya hərbi yardım göstərən ən böyük Avropa ölkəsi olduğunu vurğulayıb.

NATO baş katibi Mertsin ölkəsinin müdafiə xərclərini artırmaq üçün atdığı addımları da yüksək qiymətləndirib.

“Bu cür qətiyyətli addım daha güclü, daha ədalətli və daha çəkindirici NATO qurmaq üçün bizə lazım olan şeydir. Biz ordularımızın çəkindiricilik, müdafiə üçün lazım olan imkanlara malik olmasından əmin olmalı və bir milyard insanımızın təhlükəsizliyini təmin etməliyik. Buna görə də biz müdafiə xərclərini artırmaq, həmçinin Atlantikanın hər iki tərəfində müdafiə sənayesi potensialını inkişaf etdirmək üçün birlikdə çalışacağıq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa  


Bizi "telegram"da izləyin