“Indra” FEINDEF-də yeni VALEROS sistemini təqdim edəcək

2025/05/1746861674.jpg
Oxunub: 664     15:20     10 May 2025    
“Indra” şirkəti Madriddəki FEINDEF Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində yeni VALEROS silah sistemini təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, sistem çoxməqsədli, tamamilə ispan istehsalı olan, müxtəlif növ tapşırıqları yerinə yetirməyə və yüksək dəqiqliklə silah yerləşdirməyə qadir olan hava platforması kimi dizayn edilib.

“Indra” bildirib ki, VALEROS milli müdafiə qabiliyyətinin gücləndirilməsi və İspaniyanın texnoloji suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Şirkət sistemin digər ispan şirkətləri ilə əməkdaşlıq modeli çərçivəsində hazırlandığını vurğulayıb.

İspaniyanın paytaxtı Madrid 12-14 may tarixlərində keçiriləcək FEINDEF 2025-ə ev sahibliyi etməyə hazırlaşır. Ölkənin müdafiə və təhlükəsizlik sahəsində ən böyük beynəlxalq ticarət sərgisi olan FEINDEF bu il dördüncü dəfə qapılarını açacaq.

IFEMA sərgi sahəsində baş tutacaq tədbir ərazisinin genişlənməsi və iştirakçıların sayının artması ilə diqqət çəkir. Üç zalda yerləşən 66 690 kvadratmetrlik sərgi sahəsində 65 ölkədən 601 şirkətin iştirak edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Indra   FEINDEF   VALEROS  


Bizi "telegram"da izləyin