Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib ki, “DSEI Japan” Yaponiyada və daha geniş Asiya-Sakit okean regionunda yeganə genişmiqyaslı, tam inteqrasiya olunmuş müdafiə tədbiridir.
“Patria” bildirib ki, tədbir öz təcrübəsini, tələbkar əməliyyatlar və müştəri ehtiyacları üçün hazırlanmış həlləri nümayiş etdirmək üçün bir platforma təqdim edir.
Qlobal müdafiə və təhlükəsizlik sənayesini Yaponiyanın müdafiə ictimaiyyəti ilə bir araya gətirən “DSEI Japan”ın üçüncü dəfə təşkil edilməsi iştirakçılara geniş şəbəkə yaratmaq imkanı vermək məqsədi daşıyır.
Tədbir, həmçinin dünyanın hər yerindən olan iştirakçılara Yaponiya müdafiə sənayesi şirkətləri ilə görüşmək və tədarük zəncirinə birbaşa çıxış əldə etmək imkanı verir.
Sevinc Əliyeva
Ordu.az