Ordu.az xəbər verir ki, şirkət sensorların istifadəçilərə yalnız missiya ilə bağlı məlumat verməsini təmin etmək üçün SZ alqoritmlərindən istifadə edən proqram təminatı hazırlayır.
STORE layihəsi sensor və effektor sistemlərini birləşdirərək, kəşfiyyat və müşahidə imkanlarını təkmilləşdirməyə yönəlib.
Layihə Avropa İttifaqının 12 ölkəsindən 27 tərəfdaşı birləşdirir və “Indra” tərəfindən əlaqələndirilir.
EDF 2022 proqramı çərçivəsində 44 milyon avro vəsaitlə dəstəklənən layihə 36 ay davam edəcək.
Sevinc Əliyeva
Ordu.az