Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin 2025-ci ilin mart ayı etibarilə dərc etdiyi “Son Üç İllik Dövrdə İcra Edilən Fəaliyyətlər” adlı hesabatda bildirilib.
Hesabat çərçivəsində “Ay” və “Preveze” siniflərinə məxsus sualtı qayıqlar üçün inkişaf etdirilən milli “intersept” sonarının dizayn və istehsalının milli imkanlarla tamamlandığı bildirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin koordinasiyasında həyata keçirilən layihədə yerli mühəndisliyin işi olan sonar sisteminin 2025-ci ilin aprel ayından etibarən sualtı qayıqlara inteqrasiyasına başlanacağı açıqlanıb.
Layihə Türkiyənin sualtı qayıqlarında istifadə edilən bütün kritik sensorların yerli və milli istehsalını təmin etməyi hədəfləyir. Bu inkişaf Türkiyənin müdafiə sahəsində xarici asılılığını azaltmaq əzminin göstəricisi kimi önə çıxır.
Sevinc Əliyeva
Ordu.az