Yunanıstanın EODH şirkəti quru platformaları sektoruna diqqət yetirəcək EODH DYNAMICS adlı yeni bir şirkət yaradıb

2025/05/6sd6s-1746861374.jpg
Oxunub: 615     13:30     10 May 2025    
Yunanıstanın EODH şirkəti EODH DYNAMICS adlanan, quru platformaları sektoruna diqqət yetirəcək yeni bir şirkət qurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Yunanıstan şirkəti EODH quru platformaları sektoruna diqqət yetirəcək EODH DYNAMICS adlı yeni bir şirkətin qurulduğunu elan edib.

Bu yeni təşkilatın “Ar-Ge” və prototip istehsalından kütləvi istehsala qədər bir çox fəaliyyəti əhatə etməsi planlaşdırılır.

“Army Recognition”ın verdiyi xəbərə görə, şirkətin məqsədi Yunanıstan və müttəfiq silahlı qüvvələrin zirehli döyüş vasitələri, dəstək ləvazimatları və modernləşdirilmiş sistemlərə artan ehtiyaclarını qarşılamaq olacaq.

Şirkətin verdiyi açıqlamada EODH DYNAMICS-in Avropa sənaye inteqrasiyasını gücləndirmək üçün daha geniş səylər içərisində yer aldığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   EODH  


Bizi "telegram"da izləyin