Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Lockheed Martin korporasiyası yüksək hərəkətli artilleriya raket sistemi (HIMARS) üçün 742,1 milyon dollarlıq sabit qiymətli müqaviləyə layiq görülüb”, - Pentaqonun bəyanatında deyilir.
Hazırlanma yeri və maliyyələşdirmə şərtləri hər bir sifariş əsasında, təxmini tamamlama tarixi 31 may 2027-ci il tarixinə qədər müəyyən ediləcək.
Ordu.az